Menyu

Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıblar

Operativ Media
Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıblar

Bərdə rayonunda yerləşən iki mağazada quraşdırılan və kassalarında ümumilikdə 40 min manat maddi vəsait olan ödəmə terminalları naməlum şəxslər tərəfindən oğurlanıb.

Bu barədə Operativ Media-ya DİN-dən bildirilib.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən Elşad Əlizadə və Ayxan Quliyev saxlanılıblar. Onların terminallardan birini oğurlama anı təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb. 

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər