Menyu

Daha bir şirkət “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti olub

Operativ Media
Daha bir şirkət “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti olub

“Baku International Tobacco” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib.

Agentlikdən Operativ Media-ya bildirilib ki, yeni rezident tərəfindən sənaye parkının ərazisində tütün məmulatlarının istehsalı layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. İnvestisiya dəyəri 47 milyon manat təşkil edən layihə çərçivəsində istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır.

Qeyd edək ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 20 sahibkarlıq subyektinə rezident, 3 sahibkara isə qeyri-rezident statusu verilib. Sənaye parkında həyata keçirilən layihələr üzrə sahibkarlar tərəfindən indiyədək 48,3 milyon manatdan çox investisiya qoyulub, 130-dan artıq iş yeri yaradılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər