Menyu

FHN Lökbatanda anbarda baş verən yanğınla bağlı məlumat yayıb

Operativ Media
FHN Lökbatanda anbarda baş verən yanğınla bağlı məlumat yayıb
1 dəq oxu

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın nəticəsində bir-birinə bitişik ümumi sahəsi 46000kv.m. olan müxtəlif təyinatlı malların saxlanıldığı anbar 21000 kv.m. sahədə yanıb.

Bu barədə Operativ Media-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Qeyd edək ki, mayın 12-də, səhər saatlarında Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib və alovun söndürülməsi üçün FHN-in 182 nəfər şəxsi heyəti, 40 xüsusi təyinatlı texnikası və 2 helikopter cəlb olunub. Yanğının geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər