Menyu

Üztanıma sistemi ilə ödənişdə yaranan problem aradan qaldırılıb - Rəsmi

Operativ Media
Üztanıma sistemi ilə ödənişdə yaranan problem aradan qaldırılıb - Rəsmi

Bildiyiniz kimi, ötən gün Azərbaycanın ictimai nəqliyyatında ilk dəfə dəmir yollarında SİMA Pay – üztanıma ilə ödəniş sistemi istifadəyə verilib.

Operativ Media xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Bildirilib ki, bu sistemin aktivləşdirilməsi üçün “ADY Mobile” tətbiqində “Üztanıma ilə keçin” bölməsinə daxil olaraq müəyyən proseduru keçmək, o cümlədən müvafiq xanaya şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini əlavə etmək lazımdır.

Müvafiq xanaya AA, AZE seriyaları daxil edilib, bu gün isə AB seriyası da əlavə edilib. Artıq “iOS” sistemi ilə çalışan cihazların sahibləri mobil tətbiqi yeniləməklə qeyd edilən prosedurda AB seriyasını da görə bilər və müasir xidmətimizdən yararlana bilərlər.

"Tezliklə “Android” sistemi ilə çalışan cizahlarda da AB seriyası aktivləşdiriləcək. Yəni üztanıma sisteminin bu səbəbdən müvəqqəti olaraq aktivləşdirilə bilinməməsi “ödənişdə problem yaranması” demək deyil. Gediş haqqını həm üztanıma sistemi, həm “ADY Mobile” tətbiqi, həm NFC, həm də bank kartları və ADY-nin fiziki kartları (yeri gəlmişkən fiziki kartların balansını onlayn artırmaq imkanı da var) ilə ödəmək mümkündür. Xahiş edirik, nəzərə alasınız". - məlumatda qeyd edilib.

Əlaqəli Xəbərlər