Mingəçevirin bəzi ərazilərində işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 18-22 may tarixlərində Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35/6 kV-luq “Karxana” yarımstansiyasından çıxan 6 kV-luq bir sıra hava xətlərində təmir işləri aparılacaq.
Operativ Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Mingəçevir şəhəri Gəncə şossesi, "Az. DRES" bağ evləri əraziləri, 20 Yanvar, Səməd bəy Mehmandarov, Təbriz, Mehdi Hüseyn, Yaşar Muradov, Koroğlu, Cəmil Əliyev, Abdulla Şaiq, Naxçıvan küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.