Menyu

Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri çərçivəsində Zaqatalaya sahə səfəri təşkil olunub

Operativ Media
Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri çərçivəsində Zaqatalaya sahə səfəri təşkil olunub

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə “Qafqaz regionunda qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması və idarə olunması” mövzusunda keçirilən regional seminar çərçivəsində yerli və xarici mütəxəssislərin Zaqatala rayonuna sahə səfəri təşkil olunub.

Operativ Media xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində iştirakçılar rayonun Yuxarı Tala kəndində fermerlər və kənd sakinləri ilə görüşərək qəhvəyi mərmər bağacığının yayıldığı ərazilərdə aparılan monitorinq və mübarizə tədbirləri ilə tanış olublar. Xarici mütəxəssislər müşahidə işlərinin təşkili, zərərvericinin yayılma səviyyəsinin qiymətləndirilməsi və inteqrir mübarizə üsulları ilə bağlı beynəlxalq təcrübəni iştirakçıların diqqətinə çatdırıblar.

İştirakçılar həmçinin Mazımqara sərhəd-keçid məntəqəsinə baş çəkərək nəqliyyat vasitələrində həyata keçirilən dezinseksiya tədbirləri ilə tanış olublar. Görüş zamanı qəhvəyi mərmər bağacığının transsərhəd yayılma risklərinin azaldılması istiqamətində görülən fitosanitar tədbirlər və nəzarət mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb.

Fotogalereya

Əlaqəli Xəbərlər