Menyu

Baş prokuror paytaxtın Qaradağ rayonunda vətəndaşları qəbul edib

Operativ Media
 Baş prokuror paytaxtın Qaradağ rayonunda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

Operativ Media xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Mayın 26-da Baş prokuror Kamran Əliyev Bakı şəhəri Qaradağ rayon prokurorluğunun inzibati binasında Qaradağ rayonundan olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 37 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Fotogalereya

Əlaqəli Xəbərlər