Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində evlərin birindən oğurluq etməkdə təqsirli bilinən Mahir Abdullayev və Sahil Məmmədov saxlanılıblar. Həmin şəxslər M.Abdullayevin qohumuna məxsus evdən 25000 manat və 10000 ABŞ dolları oğurlayıblar.
Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Faktla bağlı cinayət işi başlanılıb, M.Abdullayev və S.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.