Menyu

300-dək qazimiz reabilitasiya olunaraq əvvəlki sağlamlıqlarına qovuşub

Operativ Media
300-dək qazimiz reabilitasiya olunaraq əvvəlki sağlamlıqlarına qovuşub

Tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müəssisələrində 3800 qaziyə reabilitasiya xidmətləri göstərilib.

Operativ Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onların reabilitasiya potensiallarının reallaşdırılması məqsədilə peşəkar həkim komandası tərəfindən müasir və effektiv reabilitasiya üsulları tətbiq olunub.

Aparılan işlərin nəticəsi olaraq həmin qazilərimizdən artıq 300-dək şəxs reabilitasiya olunaraq əvvəlki sağlamlıqlarına qovuşub və əlilliklərini geridə qoyublar.

Hazırda digər qazilərimizin reabilitasiyası istiqamətində işlər davam etdirilir.

Əlaqəli Xəbərlər