Menyu

Paraplan vasitəsi ilə ölkəyə 47 kq narkotik gətirən şəxslər saxlanılıb

Operativ Media
Paraplan vasitəsi ilə ölkəyə 47 kq narkotik gətirən şəxslər saxlanılıb

Biləsuvar rayonunda paraplan uçuş aparatı vasitəsilə ölkəyə qaçaqmalçılıq yolu ilə keçirilən ümumilikdə 47 kiloqram marixuana və tiryək, eləcə də 10104 ədəd psixotrop tərkibli həb polis əməkdaşları tərəfindən aşkarlanıb. 

Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcədən ötürülən lokasiyası vasitəsi ilə narkotik vasitələri əldə edən əvvəllər məhkum olunan 62 yaşlı Calal Qəhrəmanov və 35 yaşlı Rəşid Məmmədəliyev saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. Araşdırmalarla müəyyən edilib ki, C.Qəhrəmanov və R.Məmmədəliyev narkotik vasitələrin paytaxt ərazisində satışını həyata keçirməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər