Menyu

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Operativ Media
Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Mayın 26-da “Bakı Fond Birjası” QSC-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0301250012 ISIN kodlu, tədavül müddəti 3600 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə Operativ Media-ya Maliyyə Nazirliyindən bildirilib.

AZ0301250012 kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 265,3 milyon manat təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən 200,0 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 100.0043 (6,9993%) və kəsmə qiyməti 100.0000 (7.0000%) səviyyəsində müəyyən edilib.

İstiqrazların ödəmə müddəti 26 may 2036-cı ildir.

Əlaqəli Xəbərlər