Ana səhifə / Cəmiyyət / Lökbatan-Güzdək yolunun 2.2-ci km-də bərpa işlərinə başlanılıb Lökbatan-Güzdək yolunun 2.2-ci km-də bərpa işlərinə başlanılıb 27.05.2026, 13:54 Operativ Media Bakı şəhəri, Lökbatan-Güzdək yolunun 2.2-ci km-də bərpa işlərinə başlanılıb. Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.Bildirilib ki, ərazidə rahat gediş-gəlişin təmin olunması üçün müvəqqəti alternativ yol salınır. Daha sonra sel sularının qəzalı vəziyyətə saldığı suötürücü qurğu söküləcək. Paralel olaraq ərazidə yeni körpünün layihələndirilməsi işləri görüləcək. Tikinti-bərpa işləri Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq aparılır.