Göyçayda 3 minik avtomobili toqquşub, 2 nəfər ölüb, 4-ü yaralanıb – YENİLƏNİB
Göyçay rayonunda 3 minik avtomobilinin toqquşması nəticəsində ölənlərin və yaralananların şəxsiyyəti məlum olub.
Operativ Media xəbər verir ki, Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Göyçayın Qarayazı kəndi ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı 2016-cı il təvəllüdlü Leyla Feyzullayeva hadisə yerində həyatını itirib.
1964-cü il təvəllüdlü Mehriban Əmrahova, 1968-ci il təvəllüdlü İmran Əmrahov, 1970-ci il təvəllüdlü Hüseyn Salahov, 1988-cü il təvəllüdlü Arzu Feyzullayeva və 2 yaşlı qız uşağı isə xəsarət alıblar. Onlar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan H. Salahov xəstəxanada ölüb.
***
15:20
Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Operativ Media AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun rayonun Qarayazı kəndi ərazisindən keçən 199-cu kilometrliyində qeydə alınıb.
İlkin məlumata görə, 3 minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər hadisə yerində ölüb. Xəsarət alan şəxslər Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıblar
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
dəqiqələr içində saytın olsun.