Menyu

Xankəndidə keçirilən çay və qəhvə festivalı atəşfəşanlıqla başa çatıb

Operativ Media
Xankəndidə keçirilən çay və qəhvə festivalı atəşfəşanlıqla başa çatıb

Xankəndi şəhərində iki gün davam edən çay və qəhvə festivalına mayın 30-da atəşfəşanlıqla yekun vurulub. Xankəndi səması rəngarəng işıqlara bürünüb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinidən Operativ Media-ya məlumata görə, 20-dən çox yerli və xarici şirkətin qatıldığı festivalda qonaqlara müxtəlif çay və qəhvə növləri təqdim olunub.

Festival yerli sakinlər və şəhərin qonaqları tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin əsas məqsədi çay və qəhvə mədəniyyətinin təbliği, yerli istehsalçıların tanıdılması və Xankəndinin sosial-mədəni həyatının canlandırılmasına töhfə vermək olub.

Əlaqəli Xəbərlər