Ötən həftə cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
Operativ Media
Mayın 30-da və 31-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Operativ Media-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 58, o cümlədən borclu şəxs qismində axtarışda olan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.