Menyu

AYNA: Bayram günlərində 102 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb

Operativ Media
AYNA: Bayram günlərində 102 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb

Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 26-31 may tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirilməsinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarət olunub.

Gücləndirilmiş rejimin 6 günü ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 1 482 reys həyata keçirilib, 40 783 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 170-ə yaxın reys həyata keçirilib.

Bayram günlərində bölgələrə üz tutan vətəndaşların əks istiqamətə rahat gəlişini təmin etmək üçün region avtovağzallarında müvafiq şərait yaradılıb.

26-31 may tarixlərində bölgə avtovağzallarından müxtəlif istiqamətlərə, o cümlədən paytaxta 5 460 reyslə 60 760-a yaxın sərnişin daşınıb.

Biletlər avtovağzalların kassalarından, eləcə də “biletim.az” portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib.

Qeyd edək ki, sərnişinlərin 45%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib.

Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.


Əlaqəli Xəbərlər