Salyanda 5 kiloqram narkotik vasitə aşkarlanıb
Operativ Media
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Fikrət Abbasov saxlanılıb.
Operativ Media-ya bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, ondan 5 kiloqrama yaxın narkotik vasitə olan marixuana və tiryək aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə F.Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net