Menyu

ASK-nın üzvü olan “Merano-Baku” təltif olunub - FOTO

Operativ Media
ASK-nın üzvü olan “Merano-Baku” təltif olunub - FOTO

Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvü olan “Merano-Baku” ASC dövlət-özəl sektor əməkdaşlığının inkişafına, sahibkarlıq mühitinin gücləndirilməsinə və ölkədə qida təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfələrə görə Fəxri Fərman ilə təltif olunub.

Bu barədə Operativ Media-ya  Azərbaycan Sahibkarlar Konfederasiyasından məlumat verilib.

Bildirilib ki, mükafatı Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibi Ziya Hacılı şirkətin təsisçisi Namiq Əsgərova təqdim edib.

Təqdimat zamanı bildirilib ki, “Merano Baku” ASC uzun illərdir Azərbaycanın ərzaq bazarında premium keyfiyyətli məhsulların idxalı və distribusiyası sahəsində fəaliyyət göstərərək ölkənin ərzaq təminatında mühüm rol oynayır. Şirkət dünyanın müxtəlif ölkələrindən yüksək standartlara cavab verən qida məhsullarının ölkəyə gətirilməsi, müasir logistika və saxlanma sistemlərinin tətbiqi, həmçinin istehlakçılara təhlükəsiz və keyfiyyətli məhsulların çatdırılması istiqamətində nümunəvi fəaliyyət göstərir.

Qeyd olunub ki, qlobal ərzaq bazarında yaşanan çağırışlar fonunda etibarlı təchizat zəncirinin formalaşdırılması və qida təhlükəsizliyinin qorunması strateji əhəmiyyət daşıyır. “Merano Baku” ASC bu istiqamətdə həyata keçirdiyi fəaliyyətlə həm daxili bazarın keyfiyyətli məhsullarla təmin olunmasına, həm də sağlam rəqabət mühitinin inkişafına töhfə verir.

Tədbir çərçivəsində müəssisə ilə qısa tanışlıq həyata keçirilib, istehsal və logistika imkanları nəzərdən keçirilib, əməkdaşlarla görüş zamanı sahibkarlığın inkişafı, ərzaq təhlükəsizliyi və dövlət-özəl dialoqunun genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Görüş zamanı vurğulanıb ki, özəl sektorun institusional inkişafı və məsuliyyətli biznes yanaşmasının təşviqi ölkə iqtisadiyyatının dayanıqlı inkişafında mühüm amillərdən biridir.

Fotogalereya

Əlaqəli Xəbərlər