Menyu

Bakı və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq

Operativ Media
Bakı və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq

İyunun 5-də Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri aparılacaq.

Operativ Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək 8-ci km Ticarət Mərkəzində, ətraf ərazilərində və Cəmşid Naxçıvanski küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmçinin Lənkəran Elektrik Şəbəkəsi (EŞ) ərazisində bəzi 10 kV-luq hava xətlərində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq fasilə saat 10:00-dan 13:00-dək Şürük, Türkəkəran, Şıxakəran, Xolmili kəndləri, saat 14:00-dan 16:00-dək Gərmətük, Aşağı Nüvədi qəsəbələri, Viyən, Şilim kəndlərini əhatə edəcək.

Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Əlaqəli Xəbərlər