ABB SMS xəbərdarlıq xidməti üçün yeni aylıq tarifi açıqlayıb
Operativ Media
Azərbaycan Beynəlxalq Bankı (ABB) SMS xəbərdarlıq xidməti üçün yeni aylıq tarifi açıqlayıb.
Operativ Media-nın məlumatına görə, yeni SMS xəbərdarlıq xidməti aylıq 5 AZN təşkil edəcək.
"08 iyun 2026-cı il tarixindən etibarən ABB-AZAL Miles MC Black Edition kartları üzrə SMS xəbərdarlıq xidməti aylıq 5 AZN təşkil edəcək. Xidmətdən istifadə edilmədiyi halda, onu ABB Mobile tətbiqində kartın üzərinə klikləyərək “SMS Xəbərdarlığı” bölməsindən deaktiv etmək mümkün olacaq. Bu halda kart əməliyyatları ilə bağlı məlumatları ABB Mobile tətbiqi üzərindən izləməyə davam etmək mümkündür", - məlumatda qeyd edilib.
Qeyd edək ki, sözügedən xidmət daha əvvəl 3 AZN olub.