Bu il dəmir yolu keçidlərində 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb
Bu il "Azərvaycan Dəmir Yolları" QSC (ADY)-yə məxsus dəmir yolu keçidlərində 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 2 nəfər həyatını itirib, 1 nəfər isə xəsarət alıb.
Operativ Media xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, ADY təhlükəsizlik dəyərini öndə tutaraq gün ərzində qatarlardan istifadə edən 50 minə yaxın sərnişinin, həmçinin dəmir yolu infrastrukturu ətrafında yaşayan yüz minlərlə insanın təhlükəsizliyinə xüsusi önəm verir.
Qeyd edilib ki, bu məqsədlə mütəmadi maarifləndirmə tədbirləri, xüsusilə təhsil müəssisələrində görüşlər keçirilir, sosial media üzərindən müvafiq təhlükəsizlik mesajları geniş auditoriyaya çatdırır. Eyni zamanda, keçidlərdə infrastrukturun təkmilləşdirilməsi, yol nişanlarının yenilənməsi və vizual məlumatlandırmanın genişləndirilməsi istiqamətində işlər davam etdirilir.