Menyu

Polis yola çıxan qadınla bağlı açıqlama verib

Operativ Media
Polis yola çıxan qadınla bağlı açıqlama verib

Paytaxtın Nəsimi rayonunda avtomobil yolunda qeyri-adekvat hərəkətlər edən qadın polis əməkdaşları tərəfindən müəyyən olunub.

Bu barədə Operativ Media-ya Daxili İşlər Nazirliyindən bildirilib.

Araşdırmalarla məlum olub ki, 1981-ci il təvəllüdlü qadın psixi sağlamlığı ilə bağlı qeydiyyatdadır və ailə üzvlərinin nəzarətindən yayınaraq avtomobil yoluna çıxıb.

Onun sağlamlıq vəziyyəti alınaraq nəzarə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Əlaqəli Xəbərlər