FHN: Araz çayında batan şəxsin axtarışları davam edir
Operativ Media
7 iyun 2026-cı il tarixində Araz çayının İmişli rayonu, Rəsullu kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2009-cu il təvəllüdlü Mirişli Turan Mirağa oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.
Operativ Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Nazirliyin Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvələri tərəfindən axtarışlar vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.
Əlavə məlumat veriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net