7 iyun 2026-cı il tarixində Araz çayının İmişli rayonundan keçən hissəsində batan 2009-cu il təvəllüdlü Turan Mirişlinin meyiti tapılıb.
Operativ Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, Mirişli Turan Mirağa oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıcları tərəfindən batdığı yerdən 500 metr məsafədə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.