Bakı şəhərinin inzibati rayonları üzrə küçə və prospektlərin təmirə ehtiyacı olan hissələrində kompleks tədbirlərin həyata keçirilməsinə başlanılır.
Bu barədə Operativ Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, ilkin mərhələdə paytaxtın 6 inzibati rayonunda - Nərimanov, Yasamal, Səbail, Nəsimi, Xətai və Nizami rayonlarında təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur. Təmir işlərinə yaxın müddətdə başlanılacaq.