Menyu

Qanunsuz saxlanılan 3 avtomat silahı və 10 tüfəng aşkarlanıb

Operativ Media
Qanunsuz saxlanılan 3 avtomat silahı və 10 tüfəng aşkarlanıb

İyunun 13-də və 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 10 tüfəng, 11 patron darağı və 362 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Əlaqəli Xəbərlər