Bakı və Salyanın bəzi ərazilərində işıq olmayacaq
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqələrində (TM) təmir işi həyata keçiriləcək.
Operativ Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar saat 10:00-dan 13:00-dək iyunun 16-da Zahid Xəlilov, Süleyman Dadaşov, Əbdürrəhim bəy Haqverdiyev, Əhməd Cəmil, iyunun 17-də isə Əsəd Əhmədov, Murad Mirzəyev, Məhəmməd Xiyabani küçələri, Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmçinin Nizami RETSİ ərazisində yerləşən TM-lərdə aparılacaq təmir-təftiş işləri zamanı fasilə saat 10:00-dan 13:00-dək iyunun 16-da Rüstəm Rüstəmov, Musa Əliyev, iyunun 17-də Şirin Mirzəyev və Əliağa Kürçaylı küçələrinin bəzi hissələrini əhatə edəcək
İyunun 17-də Salyan Elektrik Şəbəkəsinə (EŞ) daxil olan Seyidsadıqlı kəndi də yenidənqurma işlərinə cəlb ediləcək. Beləliklə, saat 10:00-dan 13:00-dək Marışlı və Seyidsadıqlı kəndləri gərginliksiz qalacaq.
Təmir-təftiş və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.