Menyu

FHN çimərliklərdə təhlükəsizlik qaydalarına əməl olunmasına çağırıb

Operativ Media
FHN çimərliklərdə təhlükəsizlik qaydalarına əməl olunmasına çağırıb

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə növbəti dəfə müraciət edib.

FHN-dən Operativ Media-ya bildirilib ki, qurum tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən küləkli hava şəraitində və qeyri-çimərlik ərazilərdə çimməyin təhlükəsi barədə dəfələrlə edilən müraciətlərə baxmayaraq, bəzi vətəndaşların təhlükəsizlik qaydalarına laqeyd münasibəti sonda acı nəticələrə gətirib çıxarır.

Qeyd olunub ki, paytaxtın Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki "Daçnik" kimi tanınan nəzarətsiz ərazidə və küləkli hava şəraitində baş vermiş sudabatma hadisəsi ilə bağlı ötən gün daxil olmuş məlumat bir daha qaydalara riayət etməyin zərurətini göstərir.

"Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi növbəti dəfə vətəndaşlara müraciət edərək, çimərliklərlə bağlı təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır, o cümlədən küləkli hava şəraitində dənizə girməyin, qeyri-çimərlik ərazilərdə çimməyin təhlükəsini, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl etməyin vacibliyini bir daha xatırladır", - müraciətdə vurğulanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər