Menyu

Vəkillər Kollegiyasının nümayəndə heyəti İtaliyada beynəlxalq konfransda iştirak edib

Operativ Media
Vəkillər Kollegiyasının nümayəndə heyəti İtaliyada beynəlxalq konfransda iştirak edib

18–21 iyun 2026-cı il tarixlərində İtaliyanın Turin şəhərində Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) təşkilatçılığı ilə EYBA-nın yay konfransı və İllik Ümumi Yığıncaq keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Tədbirdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) üzvü, Kollegiyanın “Gənc Vəkillər” Komitəsinin həmsədri, VK-nın EYBA-dakı səlahiyyətli nümayəndəsi Yunis Nəsibov və VK-nın üzvi Sona Səlimli-Ələsgərova iştirak ediblər.

Eyni zamanda konfransa Beynəlxalq Vəkillər Assosiasiyasının (IBA) prezidenti Claudio Visco, Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) prezidenti Roman Zavrsek, habelə müxtəlif ölkələrin nüfuzlu universitetlərinin professorları, hüquq sahəsində tanınmış alim və ekspertlər, İtaliyanın aparıcı şirkətlərinin rəhbər və nümayəndələri qatılaraq aktual hüquqi mövzular üzrə təqdimatlar və müzakirələr aparıblar.

Konfransda mərasimin gündəliyinə uyğun olaraq süni intellektin hüquq sahəsinə təsiri, rəqəmsal transformasiya, məlumatların qorunması, rəqəmsal hüquqlar, hüquqi xidmətlərin gələcəyi, hüquqi etika, vəkillik peşəsinin müasir çağırışları ilə bağlı panel müzakirələri və seminarlar təşkil olunub.

Tədbir çərçivəsində Yunis Nəsibov və Sona Səlimli-Ələsgərova təqdimatla çıxış edərək Azərbaycanın hüquq ictimaiyyəti, VK-nın fəaliyyəti, ölkədə həyata keçirilən rəqəmsallaşma layihələri, elektron xidmətlərin geniş tətbiqi və beynəlxalq əməkdaşlıq imkanları barədə iştirakçılara ətraflı məlumat veriblər. Həmçinin təqdimatda EYBA-nın 2026-cı il payız konfransının Bakı şəhərində keçiriləcəyi də diqqətə çatdırılıb və geniş müzakirələr aparılıb.

Bundan başqa, EYBA-nın İllik Ümumi Yığıncağında Assosiasiyanın fəaliyyəti, cari layihələri, gələcək inkişaf strategiyası və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib, təşkilatın gələcək tədbirləri və fəaliyyət istiqamətləri ilə bağlı qərarlar qəbul olunub.

Qeyd edək ki, EYBA-nın növbəti payız konfransı 8–11 oktyabr 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək. “AI, Data and Digital Rights: The Same Trend, Different Approaches” mövzusuna həsr olunacaq konfransda Avropanın və dünyanın müxtəlif ölkələrindən yüzlərlə vəkil, hüquqşünas, akademik, dövlət qurumlarının və beynəlxalq hüquq təşkilatlarının nümayəndələrinin bir araya gətiriləcəyi gözlənilir.

EYBA-nın Bakı konfransının təşkilatçıları bütün iştirakçıları Azərbaycanın zəngin tarixi, qonaqpərvərliyi və müasir inkişafı ilə yaxından tanış olmağa dəvət edirlər.



Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər