Menyu

Abşeronda mağazalardan oğurluq edən 2 nəfər saxlanılıb

Operativ Media
Abşeronda mağazalardan oğurluq edən 2 nəfər saxlanılıb

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən mağazaların birindən 1830 manat, mobil telefon və tütün məmulatlarının oğurlanması barədə polisə məlumat daxil olub. 

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd olunan talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 24 yaşlı E.Məmmədov saxlanılıb.

Rayon ərazisində polis əməkdaşlarının keçirdikləri digər tədbir zamanı isə obyektdən 1790 manat dəyərində elektronika avadanlıqlarını oğurlayaraq satmaqda şübhəli bilinən V.Nəsirov da müəyyən edilərək saxlanılıb. 

Hər iki faktla bağlı araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər