Menyu

Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinə üzv seçilib

Operativ Media
Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinə üzv seçilib

Azərbaycan Respublikasının namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) 2027–2031-ci illər üzrə üzvlüyünə seçilib.

Operativ Media XİN-ə istinadən xəbər verir ki, 23 iyun tarixində Nyu-York şəhərində Uşaq Hüquqları haqqında Konvensiyaya tərəf dövlətlərin 21-ci iclası çərçivəsində keçirilən seçkilərdə Azərbaycanın namizədi, Esseks Universitetinin doktorantı Fərid Ədilov Komitəyə üzv seçilmək hüququ qazanıb.

Məlumata görə, ciddi beynəlxalq rəqabət şəraitində keçirilən seçkilərdə Azərbaycan da daxil olmaqla 16 ölkənin namizədləri Komitədə mövcud olan 9 vakant yer uğrunda mübarizə aparıblar. Səsvermənin ilk mərhələsində iştirakçı dövlətlərin əksəriyyətinin dəstəyini qazanan Fərid Ədilov 130 səs toplayaraq Komitənin üzvü seçilib.

Bu seçki nəticəsində Azərbaycan vətəndaşı ilk dəfə olaraq BMT-nin Uşaq Hüquqları Komitəsində təmsil olunacaq.

Qeyd edək ki, BMT-nin Uşaq Hüquqları Komitəsi 1989-cu ildə qəbul edilmiş Uşaq Hüquqları haqqında Konvensiyanın icrasına nəzarət edən nüfuzlu müqavilə qurumudur. Komitə dünyanın müxtəlif ölkələrindən seçilən 18 müstəqil ekspertdən ibarətdir və Konvensiyaya tərəf dövlətlərin öhdəliklərini necə yerinə yetirdiyini qiymətləndirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər