Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs saxlanılıb
Operativ Media
Qax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər də dəfələrlə məhkum olunmuş 61 yaşlı Həzrətəli Abdullayevi saxlayıb.
Bu barədə Operativ Media-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, ondan çay sahilində meşəlik ərazidə əkdiyi çətənə kolları aşkar edilib.
Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, H.Abdullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net