Peşə-əmək Reabilitasiyası Mərkəzinə daha 153 nəfər qəbul edilib
Operativ Media
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə bu il daha 153 nəfər qəbul edilib.
ƏƏSMN-dən Operativ Media-ya verilən məlumata görə, onlar burada peşə və sosial reabilitasiya xidmətləri ilə əhatə olunublar.
Hazırda isə müəssisədə 116 nəfərə peşə və sosial reabilitasiya xidmətləri göstərilir. Onlardan 52 nəfəri hazırlıq kurslarında müxtəlif peşələrə yiyələnir, 20 nəfəri sosial reabilitasiya xidmətləri ilə təmin edilir.
44 nəfəri isə müxtəlif təlimlərdə iştirak edir, boccia və digər idman növləri üzrə bacarıqlarını təkmilləşdirir.
Mərkəzə qəbul edilən əlilliyi olan şəxslər burada dövlət hesabına yataqxana və yeməklə də təmin olunurlar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net