Menyu

77 və 91 nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir

Operativ Media
77 və 91 nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir

Paytaxt ərazisində daha iki marşrut xətti üzrə avtobuslar müasir tələblərə cavab verən nəqliyyat vasitələri ilə əvəzlənir.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

İyulun 1-dən Yeni Yasamal yaşayış massivini M.F.Axundov adına bağla (Bünyad Sərdarov küçəsi) əlaqələndirən 77 nömrəli və Binəqədi rayonunun Nicat Mustafayev küçəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 91 nömrəli marşrutlarda istismar olunan avtobuslar dəyişdiriləcək. 

77 nömrəli marşrut xəttində 20, 91 nömrəli marşrut xəttində isə 10 müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobus fəaliyyət göstərəcək. 

Hər iki marşrutda ödənişlər nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər