Sumqayıtda teplovoz benzin daşıyan avtomobillə toqquşub
Sumqayıtda dəmiryol keçidində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində teplovoz relsdən çıxıb.
Operativ Media xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.
Bildirilib ki, bu gün saat 22:28 radələrində 77 BZ 281 dövlət qeydiyyat nişanlı, boş vəziyyətdə benzin daşıyan avtomobil dəmiryol keçidindən istifadə qaydalarını pozaraq hərəkətdə olan teplovozun qarşısına çıxıb.
Məlumata görə, maşinist təcili tormozlama etsə də, məsafənin az olması səbəbindən toqquşmanın qarşısını almaq mümkün olmayıb. Hadisə nəticəsində teplovoz relsdən çıxıb, avtomobilin sürücüsü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
ADY sürücüləri dəmiryol keçidlərinə yaxınlaşarkən son dərəcə diqqətli olmağa, hərəkətə başlamazdan əvvəl yolun qatardan tam boş olduğuna əmin olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb.