Menyu

Bu gündən qatarların hərəkət cədvəli dəyişdirilir – YENİ QRAFİK

Operativ Media
Bu gündən qatarların hərəkət cədvəli dəyişdirilir – YENİ QRAFİK

Bu gündən etibarən Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkəti yay qrafikinə əsasən təşkil ediləcək.

Operativ Media xəbər verir ki, yay mövsümündə sərnişin axınının azalması nəzərə alınaraq həftənin iş günlərində reyslərin sayı optimallaşdırılacaq və bu marşrut üzrə həftəiçi gündəlik 84 reys həyata keçiriləcək.

Şənbə və bazar günləri isə reyslər əvvəlki qrafiklə icra olunacaq.

Bundan başqa, bu gündən Bakı–Balakən–Bakı marşrutu üzrə hərəkət qrafiki dəyişdirilir. Belə ki, qatar Bakıdan saat 23:30-da (əvvəlki 23:50 əvəzinə), Balakəndən isə saat 21:10-da (əvvəlki 22:00 əvəzinə) yola düşəcək.

Qatarların yeni hərəkət cədvəlləri ilə bu link vasitəsilə tanış ola bilərsiniz.



Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər