Menyu

Uyğunsuzluq aşkarlanan pambıq toxumu partiyası məhv edilib

Operativ Media
Uyğunsuzluq aşkarlanan pambıq toxumu partiyası məhv edilib

“Fructus Aqropark” MMC tərəfindən pambıq toxumlarının idxalı məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) idxal karantin icazəsinin alınması üçün müraciət edilib.

Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Müraciətə qanunvericiliyin tələblərinə uyğun olaraq icraata götürülüb, idxal karantin icazəsi rəsmiləşdirilib və məhsuldan götürülmüş nümunələr karantin ekspertizası məqsədilə laborator müayinələrə cəlb olunub.

Müayinələrin nəticələrinə əsasən, məhsul partiyasında qanunvericiliyin tələblərinə uyğun olmayan göstəricilər müəyyən edilib. Aşkarlanmış uyğunsuzluqla əlaqədar fitosanitar nəzarətində olan və karantin obyekti hesab edilən bitki və bitkiçilik məhsullarının geri qaytarılması, zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı qərar qəbul olunub.

Qərara əsasən, sözügedən məhsul partiyası Salyan rayonunun Yenikənd kəndində ayrılmış xüsusi sahədə zərərsizləşdirilərək məhv edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər