Menyu

Nöqsanlar aşkarlanan ictimai iaşə obyektinin fəaliyyəti dayandırılıb

Operativ Media
Nöqsanlar aşkarlanan ictimai iaşə obyektinin fəaliyyəti dayandırılıb

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Sabirabad şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, Eyyubov Emil Eyyub oğluna məxsus ictimai iaşə obyektində aparılan yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ tələblərin pozulduğu müəyyən edilib.

Operativ Media əbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Belə ki, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, istehsalat sahələrinin quruluşu və təchizatına əməl edilmədiyi, qida ilə təmasda olan səthlərin yuyulabilən və korroziyaya davamlı materialdan hazırlanmadığı, işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi, qida komponenti kimi istifadə olunan suyun filtrdən keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

Obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər