Menyu

Bakıda 1-ci Beynəlxalq Səhiyyə Menecmenti Konqresi öz işinə başlayıb

Operativ Media
Bakıda 1-ci Beynəlxalq Səhiyyə Menecmenti Konqresi öz işinə başlayıb

Bakıda 1-ci Beynəlxalq Səhiyyə Menecmenti Konqresi öz işinə başlayıb.

Operativ Media xəbər verir ki, 3–4 iyul tarixlərində Azərbaycanda ilk dəfə keçirilən I Beynəlxalq Türkdilli Xəzəryanı Dövlətlərin Səhiyyə Menecmenti Konqresi – “IHMC Baku 2026” təşkil olunur.

Tədbir haqqında məlumat verən Yeni Klinikanın direktor müavini Ravil Tağıyev bildirib ki, Konqresdə ABŞ, Türkiyə, Rusiya, Almaniya, Qazaxıstan, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və digər ölkələr də daxil olmaqla ümumilikdə 10 ölkədən səhiyyə menecmenti üzrə tanınmış mütəxəssislər iştirak edir. Xarici məruzəçilər səhiyyə idarəçiliyi sahəsində beynəlxalq təcrübələrini yerli auditoriya ilə bölüşəcəklər.

Tədbirin beynəlxalq sədri Şimali Kipr Türk Respublikasının səhiyyə naziri Dr. Hakan Dinçyürek, milli həmsədri isə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudovdur.

Konqresdə çıxış edəcək məruzəçilər arasında Türkiyədən Prof. Dilaver Tengilimoğlu, ABŞ-dan PhD Kirstin Hvitfeldt Oztürk, Rusiyadan Prof. Andrey Demin, Almaniyadan Lutz Lungwitz, Qazaxıstandan Dr. Saltanat Mamitbekova, Özbəkistandan Vositkhon Khusanov, Birləşmiş Ərəb Əmirliklərindən MD Anass Moutki və Gürcüstandan MD Natalia Kalandarasvili kimi nüfuzlu mütəxəssislər yer alır.

İki gün davam edəcək konqres çərçivəsində ilk gün 5 panel üzrə 20, ikinci gün isə 6 master-klass çərçivəsində 25 mövzu müzakirə olunacaq. Proqramda tibbi idarəetmə, səhiyyədə keyfiyyət göstəriciləri, xəstəxanaların maliyyə idarəçiliyi, təchizat, insan resursları, marketinq, pasiyent və həkim hüquqları, eləcə də müasir səhiyyə idarəçiliyinin digər aktual istiqamətləri əhatə ediləcək.

Konqresdə dövlət və özəl səhiyyə sektorunu təmsil edən 200-dən çox təsisçi, rəhbər şəxs, direktor, baş həkim və inzibati şöbə rəhbərinin iştirakı gözlənilir. Tədbirdə müasir idarəetmə prinsipləri, effektiv liderlik yanaşmaları və səhiyyə sahəsində real təcrübələr müzakirə olunacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər