Menyu

Bakı–Naxçıvan marşrutu üzrə reyslər bərpa olunub - YENİLƏNİB

Şəfa Hüseynli
Bakı–Naxçıvan marşrutu üzrə reyslər bərpa olunub  - YENİLƏNİB

AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub və uçuşlar hazırda cədvələ uyğun şəkildə icra edilir.

Bu barədə Operativ Media-ya AZAL-dan məlumat verilib.

Qeyd edək ki, bölgədə hava şəraitinin sabitləşməsindən sonra reyslərin yerinə yetirilməsi normal rejimdə davam etdirilir.



***

6 iyul 17:09


Azərbaycan Hava Yollarının 6 iyul 2026-cı il tarixinə planlaşdırılan bir sıra Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb.

Bu barədə Operativ Media-ya AZAL-dan məlumat verilib.

Hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar.

Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi və dağlıq relyefi səbəbindən bölgədə müşahidə olunan meteoroloji şərait uçuş əməliyyatlarına birbaşa təsir göstərə bilir. Xüsusilə güclü külək, küləyin istiqamətinin qəfil dəyişməsi və ildırım aktivliyi eniş və qalxma mərhələlərində əlavə risklər yaradır. 

Qeyd etmək vacibdir ki, uçuşların hava şəraiti ilə əlaqədar təxirə salınması və ya ləğv edilməsi qərarı yalnız sərnişinin hava limanında müşahidə etdiyi hava şəraitinə əsasən verilmir. Aviasiyada qərarlar marşrut boyunca, qalxma və enmə hava limanlarında mövcud və proqnozlaşdırılan meteoroloji şərait əsasında qəbul edilir. Məsələn, ildırım aktivliyi, güclü külək, şaquli hava axınları, intensiv yağıntı, aşağı görünmə məsafəsi və ya tufan buludları yer səviyyəsindən aydın görünməyə bilər. Lakin bu meteoroloji hallar uçuşun təhlükəsizliyinə ciddi təsir göstərdiyindən, ekipaj və əməliyyat xidmətləri beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun olaraq müvafiq qərarlar qəbul edirlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər