Menyu

Suraxanıda içməli su xəttində baş vermiş qəza aradan qaldırılıb

Operativ Media
Suraxanıda içməli su xəttində baş vermiş qəza aradan qaldırılıb

Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində içməli su xəttində baş vermiş qəza operativ şəkildə aradan qaldırılıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Operativ Media-ya bildirilib ki, Yeni Günəşli qəsəbəsi, bina 29, D massivi ünvanında diametri 110 millimetr olan içməli su xəttində qəza baş verib.

Məlumata görə, hadisə barədə rayon sukanal idarəsinə məlumat daxil olan kimi əməkdaşlar dərhal əraziyə cəlb olunublar. Qəzanın aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülüb və nasazlıq qısa müddətdə aradan qaldırılıb.

Qeyd olunub ki, təmir-bərpa işləri zamanı abonentlərin su təminatında hər hansı fasilə yaranmayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər