Menyu

Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi I oxunuşda qəbul olunub

Operativ Media
Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi I oxunuşda qəbul olunub

Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi I oxunuşda qəbul olunub.

Operativ Media xəbər verir ki, yeni qanunla neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət (özəl) sektoruna aid edilən vergi ödəyicilərinə mühüm maliyyə güzəşti tətbiq olunacaq.

Dəyişikliyə əsasən, 2027-ci il yanvarın 1-dən etibarən 4 il müddətinə sahibkarlara öz işçilərinin məcburi dövlət sosial sığorta haqlarını (DSMF ödənişlərini) ƏDV-nin depozit hesabında olan sərbəst vəsaitlər hesabına ödəmək imkanı yaradılır.

Bu mexanizm müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalar və şərtlər daxilində tənzimlənəcək. Sözügedən dəyişiklik özəl sektorda çalışan sahibkarların nağd pul dövriyyəsini (likvidliyini) artırmağa və onların üzərindəki maliyyə yükünü yüngülləşdirməyə xidmət edir.

Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər