Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi I oxunuşda qəbul olunub
Operativ Media
Milli Məclisin bu gün keçirilən plenar iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi I oxunuşda qəbul olunub.
Operativ Media xəbər verir ki, yeni qanunla idxal olunan və barəsində texniki reqlamentlər və istinad edilmiş standartlar qəbul edilmiş mallara dair "Texniki tənzimləmə haqqında" Qanuna əsasən tərtib edilən uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədləri gömrük orqanlarına təqdim edilməli və gömrük rəsmiləşdirilməsi zamanı yoxlanılmalıdır.
Bu tələblər idxal edilən mallara yalnız müvafiq texniki reqlamentlərin və istinad edilmiş standartların hər ikisinin birlikdə qüvvəyə minməsindən 2 il keçdikdən sonra şamil olunacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net