FHN: Zaqatala, Balakən və Ağstafada su dolmuş yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilir
Operativ Media
İntensiv yağan yağışlar nəticəsində Zaqatala, Balakən və Ağstafa rayonlarının bir sıra yaşayış məntəqələrində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələrinə və digər ərazilərə su dolması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.
FHN-in mətbuat xidmətindən Operativ Media-ya bildirilib ki, bununla əlaqədar nazirliyin Şimal-qərb Regional Mərkəzi, Mülki müdafiə qoşunları və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri zəruri tədbirlərin görülməsi üçün dərhal ərazilərə cəlb olunub.
Hazırda FHN-in qüvvələri tərəfindən su dolmuş yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi işləri davam etdirilir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma