Menyu

AYNA: Bakıdan şəhərlərarası daşımalar üzrə avtobus parkının 42%-i yenilənib

Şəfa Hüseynli
AYNA: Bakıdan şəhərlərarası daşımalar üzrə avtobus parkının 42%-i yenilənib

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 2023–2026-ci illər ərzində keçirilən müsabiqələr nəticəsində marşrut xətlərində daha müasir və komfortlu nəqliyyat vasitələri cəlb olunub.

Bu barədə Operativ Media-ya AYNA-dan məlumat verilib.

2023-cü ildə 92, 2024-cü ildə 106, 2025-ci ildə 241, 2026-cı ilin 6 ayında isə 130 marşrut reysi üzrə müsabiqə keçirilib. 

Bu dövr ərzində “Neoplan Cityliner”, “King Long”, “Yutong”, “İsuzu”, “JAC Sunray”, Jac Ankai, “Qazel NEXT”, “MAN”, “TEMSA HD 12”, “Hyundai County”, “Golden Dragon”, “Zhonthong” markalı 145 müasir avtobus şəhərlərarası daşımalara cəlb edilib. Bakı şəhərindən ölkəninin digər şəhər və rayonlarına şəhərlərası daşıma üzrə avtobus parkının 42%-i yenilənib.

Avtobuslardan 24-ü 2023, 38-i 2024, 69-u 2025, 15 ədədi isə 2026-cı ildə istismara buraxılıb.

Eyni zamanda, müsabiqələr nəticəsində Bakı şəhərindən regionlara işləyən avtobusların orta yaşı 18 ildən 12-yə endirilib.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər