Waze istifadəçi şərtlərini və məxfilik siyasətini yeniləyir
Populyar naviqasiya platforması Waze rəqəmsal tənzimləmələrə və yeni funksiyalara uyğun olaraq istifadəçi müqavilələrində mühüm dəyişikliklər edəcəyini açıqlayıb.
Operativ Media xəbər verir ki, Google-un ekosisteminə daxil olan tətbiq 1 avqustdan etibarən yeni qaydalar tətbiq edəcək.
Yenilənən şərtlərdə ən diqqətçəkən məqamlardan biri platformadakı məzmunun moderasiyası ilə bağlıdır. Xəritə üzərində paylaşılan yol qəzaları, təhlükələr və ya radarlar barədə yalan və aldadıcı məlumatların qarşısını almaq üçün icma qaydaları daha da sərtləşdirilir. Qaydaları mütəmadi olaraq pozan və ya saxta hesabatlar göndərən istifadəçilərin profillərinə məhdudiyyətlərin tətbiq edilməsi və xəritə redaktə hüquqlarının dondurulması nəzərdə tutulur.
Bununla yanaşı, yeni qaydalara əsasən, qeydiyyatsız qonaq rejimində istifadə olunan cihazlardakı marşrut və naviqasiya dataları istifadəçi sonradan rəsmi hesabla daxil olduqda həmin hesaba sinxronizasiya edilə biləcək. Tətbiqin arxa fonda işlədiyi zaman topladığı GPS məlumatlarının şərtləri də istifadəçilər üçün daha şəffaf formaya salını.
Qeyd olunan tarixdən sonra tətbiqdən istifadəyə davam edənlər bu yenilikləri avtomatik qəbul etmiş sayılacaqlar.