Şuşa Qlobal Media Forumu: Azərbaycanın "yumşaq güc" siyasəti və media diplomatiyası - RƏY
Ayşən Sadıxzadə
Son illər Azərbaycanın ev sahibliyi ilə keçirilən bir sıra tədbirlər artıq qlobal miqyaslı platformalarda özünəməxsus yer qazanıb. Qlobal Bakı Forumu, Mədəniyyətlərarası Dialoq Forumu və bu kimi beynəlxalq əhəmiyyətli tədbirlərin sırasına Qlobal Media Forumu da əlavə olunub. Artıq Bakının "yumşaq güc" və uğurlu xarici siyasət strategiyasına media diplomatiyası da daxil edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə işinə başlayan IV Şuşa Qlobal Media Forumu da məhz bu qəbildəndir.
Bu fikirləri Operativ Media-ya açıqlamasında deputat Nəsib Məhəməliyev bildirib.
O qeyd edib ki, dünyanın bir çox ölkəsindən 160-dan artıq media təmsilçisi və tanınmış ekspertin iştirakı ilə keçirilən Forum üç əsas məqamı ilə diqqət çəkir:
"Bunlardan birincisi Qlobal Media Forumunun bu sahədə əməkdaşlıq platformasına çevrilməsidir. Artıq dördüncü dəfə keçirilən foruma iştirakçı marağının artması və tədbirə qatılanların say tərkibinin genişlənməsi bunu təsdiqləyir.
Əgər üçüncü forumda 52 ölkədən 140-a yaxın iştirakçı qatılmışdısa, builki forumda iştirakçı sayı 160-dan çoxdur. Eyni zamanda iştirakçı ölkələrin siyahısında da artım tendensiyası müşahidə edilməkdədir. Bu da öz-özlüyündə dünyanın aparıcı media qurumları və tanınmış simalarının Qlobal Media Forumuna bu sahədə əməkdaşlığa töhfə verən bir platforma kimi baxdıqlarının göstəricisidir. Bu gün sirr deyil ki, dəqiq və qərəzsiz informasiya ilə yanaşı, dezinformasiya, saxta xəbərlər, kibertəhlükələr kimi problemlər qlobal xarakter daşıyaraq sərhəd tanımır. Bu baxımdan media sahəsində beynəlxalq əməkdaşlıq və birgə fəaliyyət sadaladığımız problemlərin həllində mühüm rol oynaya bilər. Bunun üçün də Azərbaycan bu sahədə əməkdaşlığa xidmət edən platforma təqdim edib. Tədbir boyunca forum iştirakçıları müxtəlif ölkələrin təcrübələrini bölüşməklə yanaşı, müasir jurnalistikanın inkişaf istiqamətlərini müzakirə edir və gələcək əməkdaşlıq imkanlarını dəyərləndirirlər.
Forumu əhəmiyyətli edən digər bir məqam onun azad Qarabağda keçirilməsidir. Qlobal Media Forumunun 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dövlətinin işğaldan azad etdiyi şəhər və rayonlarda həyata keçirdiyi infrastruktur layihələri, şəhərsalma və Böyük Qayıdış prosesinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da mühüm önəmi var. Forum iştirakçıları Azərbaycanın regionda yaratdığı yeni reallıqları öz gözləri ilə görərək bunu çalışdıqları media qurumları vasitəsilə həm yaşadıqları ölkələrin cəmiyyətinə, həm də beynəlxalq ictimaiyyətə çatdıracaqlar ki, bu da ümumilikdə ölkəmizin təqdimatı baxımından müsbət addımdır. Nəzərə alsaq ki, Qlobal Media Forumu mədəniyyət ocağımız sayılan Şuşada keçirilir, bu, həm də Qarabağın mədəni irsinin iştirakçılar tərəfindən öyrənilməsi deməkdir. Eyni zamanda, Şuşada belə nüfuzlu beynəlxalq tədbirin keçirilməsi şəhərin beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi rolunu daha da gücləndirir. Onu da qeyd etmək lazımdır ki, tarixi və mədəni əhəmiyyətə malik olan Şuşa son illərdə müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu mənada müxtəlif formatlı tədbirlərdə iştirak edən nümayəndələrin şəhərlə yaxından tanış olması Azərbaycanın mədəni irsi və regionun inkişafı haqqında birbaşa məlumat əldə etmələrinə imkan yaradır".
Onun sözlərinə görə, Qlobal Media Forumunun diqqət çəkən məqamlarından biri də tədbirin adı və ona uyğun olaraq Şuşadan verilən sülh mesajları oldu. "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən forumda da Prezident İlham Əliyev öz ənənəsinə sadiq qalaraq sülh gündəliyini bir daha açıqladı, bəşəriyyəti sülhə səslədi.
Prezident İlham Əliyev bildirdi ki, hazırda həm şimalımızda, həm də cənubumuzdakı qonşu ölkələrin hər ikisi müharibə şəraitindədir:
"Bu da bizim ölkəmizin qorunması baxımından narahatlıq doomed. Eyni zamanda əlimizdən gələni edirik ki, regionda sülh olsun, bu münaqişəyə, qan tökülməsinə son qoyulsun. Tezliklə münaqişəyə son qoyulacağına ümid edirəm. Əminəm ki, sülh mümkündür. Amma bu gün nəyəsə proqnoz vermək çətindir. Azərbaycan bu məsələdə yalnız sülh istəyir. Bizim sərhədlərimizin hüdudları boyunca sabitlik var. Ancaq sərhədləriniz boyunca münaqişələr varsa, özünüzü təhlükəsiz hiss edə bilməzsiniz. Azərbaycan bir ildən azdır ki, sülh şəraitində yaşayır. Biz sərhədlərimizin şimalında da, cənubunda da sülh olmasını istəyirik".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
