Menyu

Ombudsmanın nümayəndələri Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində monitorinq aparıb

Operativ Media
Ombudsmanın nümayəndələri Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində monitorinq aparıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) fəaliyyəti çərçivəsində ahılların hüquqlarının təmini məsələsini diqqətdə saxlayır.

Bu məqsədlə Ombudsmanın tapşırığı əsasında mütəmadi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə başçəkmələr həyata keçirilir.

Bu barədə Operativ Media-ya Ombudsman Aparatından məlumat verilib.

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun üzvləri tərəfindən Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə həyata keçirilən növbəti başçəkmə zamanı müəssisənin yaşayış korpuslarına, inzibati, həmçinin yataq və tibb otaqlarına baxış keçirilib, saxlanma şəraiti, qidalanma, habelə tibbi yardımın təşkili ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.

Eyni zamanda, Ombudsmanın nümayəndələri tərəfindən müəssisənin sakinləri ilə görüşlər keçirilərək onların müvafiq müraciətləri qeydə alınıb, həmçinin Müvəkkilin səlahiyyətləri barədə ətraflı məlumatlar verilib.

Başçəkmə zamanı qidalanmanın təşkili, dərman preparatlarının saxlanılması və yararlılıq müddətinə riayət olunması, eləcə də müəssisənin bina və infrastrukturunun texniki vəziyyəti ilə bağlı əlavə tədbirlərin görülməsini zəruri edən məsələlər müəyyən edilib.

Həmçinin əvvəlki başçəkmələr çərçivəsində verilmiş tövsiyələrin icrası vəziyyəti yerində yoxlanılıb, fəaliyyətin daha da təkmilləşdirilməsi istiqamətində müvafiq tövsiyələr verilib.

Başçəkmənin nəticələrinə əsaslanaraq müəyyən olunmuş bir sıra məsələlərin həlli istiqamətində ƏƏSMN-ə müraciət ediləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər