Menyu

Bakıda “Təhlükəsiz mobilliyə doğru” adlı konfrans keçirilib

Operativ Media
Bakıda “Təhlükəsiz mobilliyə doğru” adlı konfrans keçirilib

Bakıda “Təhlükəsiz mobilliyə doğru” adlı konfrans keçirilib.

Operativ Media xəbər verir ki, “Hyatt Regency Baku” hoteldə təşkil olunan tədbirdə avtomobil təhlükəsizliyi, yol hərəkətinin təhlükəsizliyinin artırılması və nəqliyyat vasitələrinin texniki sazlığı ilə bağlı məsələlər müzakirə olunub.

Konfransda Dövlət Gömrük Komitəsi, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Dövlət Vergi Xidməti, Baş Dövlət Yol Polisi İdarəsi, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və İcbari Sığorta Bürosunun nümayəndələri iştirak edirlər.

Tədbirdə avtomobillərdə təhlükəsizliyin təmin edilməsi, sürücülərin nəqliyyat vasitələrinin texniki vəziyyətinə münasibəti, region üçün uyğun olmayan avtomobil modellərinin istifadəsi, qeyri-orijinal ehtiyat hissələrinin yaratdığı risklər və bu sahədə maarifləndirmə işləri əsas müzakirə mövzusu olub.

Konfransın məqsədi region üçün uyğun olmayan, “boz bazar” vasitəsilə zəmanətsiz satılan nəqliyyat vasitələrinin vətəndaşlara və rəsmi dilerlərə vurduğu zərərlərlə bağlı ictimaiyyəti məlumatlandırmaq, həmçinin təhlükəsizlik standartlarına cavab verməyən avtomobillərin yaratdığı risklərə diqqət çəkməkdir.

Çıxışlar zamanı qeyri-orijinal ehtiyat hissələrinin bazarda yaratdığı qeyri-sağlam rəqabət, zəmanətsiz satılan avtomobillərlə bağlı problemlər, belə məhsulların bazara çıxmasının səbəbləri, texniki nasazlıq nəticəsində baş verən yol-nəqliyyat hadisələri, bunun sığorta sektoruna təsirləri, eləcə də qeyri-rəsmi satış şəbəkələri vasitəsilə avtomobil alan vətəndaşların üzləşdiyi çətinliklər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edənlər son zamanlar ölkədə qeyri-original və keyfiyyətsiz ehtiyat hissələrinin artmasından ciddi narahatlıqlarını ifadə ediblər.

Qeyd olunub ki, bazara nəzarətsiz daxil olan saxta detallar birbaşa insan həyatına təhlükə yaradır. Son dövrlərdə tez-tez rast gəlinən avtomobillərin qəfil və öz-özünə yanması hadisələrinin məhz bu cür keyfiyyətsiz ehtiyat hissələrindən qaynaqlandığı xüsusilə vurğulanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər