Menyu

Bakı və Lənkəranın bir sıra ərazilərində elektrik enerjisi olmayacaq

Şəfa Hüseynli
Bakı və Lənkəranın bir sıra ərazilərində elektrik enerjisi olmayacaq

Gecə saat 02:00-dan 04:00-dək Buzovna qəsəbəsində Məmməd Səid Ordubadi, Mirzəağa Əliyev küçələrində və “Qoşa Qala” restoranının arxa hissəsində elektrik enerjisi təchizatı müvəqqəti dayandırılacaq.

Operativ Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Əbüdrəhim bəy Haqverdiyev, İnşaatçılar, İsmayıl bəy Qutqaşınlı, Abbas Mirzə Şərifzadə, Mirəli Seyidov və Nazim Hikmət küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Keşlə qəsəbəsində Nizami Abdullayev, Mirzə Ələkbər Sabir, Yenikənd, Mətləb Ağayev və 1-ci Köndələn küçələrinin bir hissəsində saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Zabrat qəsəbəsində Mehdi Hüseynzadə, Nəsibə Zeynalova, Murad Mirzəyev, Aşıq Ələsgər, Hüseyn Cavid, Şövkət Əhmədov və Köhnə Tramvay küçələrində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində saat 9:30-dan 13:00-a qədər Binəqədi kəndi və ətrafında yerləşən yeni yaşayış massivləri, Biləcəri qəsəbəsi Məmmədoğulları, Xudadat Məlikaslanov, 10 May küçələri, həmçinin DSK yolu adlanan ərazinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq. 

Bölgələrdən Lənkəranın Kosalar, Hirkan, Siyavar, Vel, Daştalığcar, Parakənd, Mamusta, Bala Şükür, Gərmətük kəndlərində aparılacaq təmir və sazlama işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək elektrik enerjisi verilişi müvəqqəti kəsiləcək.  

Aparılan yenidənqurma və təmir-bərpa işləri yekunlaşdıqdan sonra adı çəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər